“Qremio” Kostanı sərbəst buraxdı
İdman
02.01.2025 13:44
Dieqo Kosta “Qremio” futbol klubunu sərbəst agent kimi tərk edib.
TodayPress xəbər verir ki, hücumçu ötən ilin fevralından Braziliya klubunda çıxış edirdi.
36 yaşlı futbol Portu Alleqri təmsilçisinin heyətində meydana çıxdığı 26 oyunda 8 qol vurub və 6 ötürmə edib.
Qeyd edək ki, İspaniya yığmasında çıxış edən Dieqo Kosta Avropa nəhənglərindən “Atletiko Madrid” və “Çelsi” klublarındakı çıxışı ilə tanınır.
Namiq HUN
tag: Braziliya ,Klub, Meydan ,Kosta, todaypress.az,