“Qou Ehed İqlz" Avropa Liqasına yüksəldi
Deventerin “Qou Ehed İqlz” futbol klubu Niderland kubokunu qazanmaqla tarixinin ən böyük uğuruna imza atıb.
TodayPress xəbər verir ki, Rotterdamda keçirilən həlledici matçda “Alkmaar” və “Qou Ehed İqlz” komandaları üz-üzə gəlib.
Matçın 90+9-cu dəqiqəsində məğlubiyyətdən qaçan “Qou Ehed İqlz” (1:1) penalti seriyasında da rəqibindən dəqiq olaraq (4:2) ilk titula sahib çıxıb.
Niderland kubokunun qalibi “zanbaqlar”ı UEFA Avropa Liqasında təmsil edəcək.
Namiq HUN
tag: Qou Ehed İqlz,Kubok,Avropa,Liqa,Todaypress.az,