Qonsales “Porto”nu “Liverpul”a dəyişəcək?
İdman
24.12.2024 17:25
“Liverpul” klubu “Porto”da çıxış edən Niko Qonsalesi heyətinə qatmaq istəyir.
TodayPress “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, mersisayd təmsilçisi ispaniyalı yarımmüdafiəçi üçün qarşı tərəfə təzminat ödəməyə də hazırdır.
Premyer Liqa klubu 22 yaşlı futbolçunun keçidi üçün 60 milyon avrodan keçməli olacaq. Qonsales “Barselona”nın yetirməsi olduğundan həmin məbləğin 40 faizi Kataloniya təmsilçisinə çatacaq.
Qeyd edək ki, Niko Qonsales cari mövsüm 24 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Premyer , Milyon, Təmsilçi ,Liqa, todaypress.az,