“Qoliat” səyyahlarının Xəzər dənizi turu
İdman
06.08.2024 16:13
Tanınmış səyyahlar Karl Buşbi və Anjela Maksvel “Qoliat” ekspedisiyasına Xəzər dənizindən davam edəcəklər.
TodayPress xəbər verir ki, onlar Xəzər dənizi səyahətini sərhəddən-sərhədə üzməklə reallaşdıracaqlar.
Səyahətdə səyyahlarla birgə gənc üzgüçülərimizdən Anastasiya Boborkina və Abdurrəhman Rüstəmov da üzəcəklər.
Qeyd edək ki, Britaniyalı Karl Buşbi və amerikalı Anjela Maksvel dünyanı kəşf etməkdə olan tanınmış macəraçıdırlar. Karl bu missiyaya 1998-ci ilin noyabrında 38.000 km-lik məsafəni qət etməklə başlayıb. Həmkarı Anjela Maksvel isə son 7 il ərzində 4 qitədə və 14 ölkədə olub. O, susuz səhraları, başı qarlı dağları gəzərək ümumilikdə 32,186 km məsafəni qət edib.
Aktau sahildən yola çıxan səyyahlar bir ay ərzində Bakıya çatmağı planlaşdırırlar.
Daha sonra Karl və Anjela Azərbaycan ərazisindən keçərək Avropaya istiqamət götürərək səyahətlərini Böyük Britaniyada yekunlaşdıracaqlar.
Namiq HUN