Qolfçu 2010-cu ildəki səhvinə görə diskvalifikasiya edildi
İdman
12.08.2024 13:10
Şimali irlandiyalı qolfçu Qrem Makdouell cəzalandırılıb. İdmançı 2010-cu ildəki səhvinə görə yarışdan kənarlaşdırılıb.
TodayPress, “LİV Golf”a istinadən xəbər verir ki, Makdouell qəbulu qadağan olunmuş maddədən istifadəyə görə bir qolf turnirini buraxacaq.
45 yaşlı idmançı antidopinq qaydalarını pozduğu üçün 125.000 ABŞ dolları məbləğində cərimələnib.
2010-cu ildə ABŞ Açıq Çempionatının qalibi olan qolfçu həmin vaxt yuxu problemi yaşadığına görə dərmanlardan istifadə etdiyini və onların qadağan olunduğunu bilmədiyini bildirib.
Qeyd edək ki, “Smash GC” komandasının üzvü olan Qrem Makdouellin 14 il əvvəl “LIV Golf Nashville” turnirində qazandığı nəticələri və pul mükafatı ləğv ediləcək.
Makdouell yalnız 13-15 sentyabrda “LIV Golf Chicago” turnirində yenidən iş başında olacaq.
Namiq HUN
tag: Şimali İrlandiya, ABŞ, Qrem Makdouelli, Smash GC, Çempionat, todaypress.az,