“Qolden Steyt” NBA tarixinə düşdü

İdman

27.02.2025 10:08

1405

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatının növbəti oyun günü San-Fransisko təmsilçisinə düşərli olub.   

TodayPress xəbər verir ki, “Qolden Steyt Uorriorz” klubu turnirdə 3 min qələbə qazanan 5-ci komanda olub.   

“Döyüşçülər” bu uğura “Şarlott Hornets”lə (128:92) görüşdə imza atıblar. 

“Qolden Steyt Uorriorz” bu uğurdan sonra NBA-da 3000 qələbə qazanan “Boston Seltiks”, “Los-Anceles Leykers”, “Filadelfiya” və “Nyu-York Niks” komandaları ilə bir siyahıya adını yazdırıb.   

Namiq HUN

tag: ABŞ,NBA,Qolden Steyt Uorriorz,Döyüşçülər,Todaypress.az,