"Qoca sinyora" "Milan"ın kapitanı ilə maraqlanır
İdman
31.12.2024 13:10
"Milan"ın sağ cinah müdafiəçisi Davide Kalabriya karyerasını "Yuventus"da davam etdirə bilər.
TodayPress xəbər verir ki, "qoca sinyora" italiyalını azad agent kimi komandaya cəlb etməyi nəzərdən keçirir.
28 yaşlı futbolçunun "rossonerilər"lə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Klub kapitanın müqaviləsini yeniləmək niyyətində deyil.
Kalabriya bütün karyerasını "Milan"da keçirib. O, "qırmızı-qaralar"ın heyətində bütün yarışlarda 268 oyuna çıxıb, 10 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
tag: Milan,Müdafiəçi,Cinah,Davide Kalabriya,Yuventus,todaypress.az,