Qızlardan ibarət voleybol millisi "Kardeşlik" turnirində ikinci oldu
Voleybol üzrə 16 yaşadək qızlardan ibarət
Azərbaycan yığması “Kardeşlik” turnirində ikinci yeri tutub.
TodayPress xəbər verir ki, Türkiyənin Bursa şəhərində
təşkil olunan yarışda 7 komanda mübarizə aparıb.
U-16 yalnız finalda Bursanın “DSİ Nilüfer Spor Klubu”na
məğlub olub. Komanda Şahin Çatmanın rəhbərliyi altında martın 26-dək təlim-məşq
toplanışını Əskişəhərdə davam etdirəcək və yoxlama oyunlarında gücünü
sınayacaq.
Qeyd edək ki, federasiya nümayəndəsi Məftun Salmanov, baş
məşqçi Şahin Çatma və voleybolçular Əskişəhər rəhbərliyi və “Eskişehir DSİ
Bentspor Klubu”nun prezidenti ilə də görüşüblər. Görüşlər zamanı birgə
əməkdaşlığın davam etdiriləcəyi, qarşılıqlı təlim-məşq toplanışlarının və
turnirlərin, yoldaşlıq oyunlarının təşkil olunacağı bildirilib.
tag: Voleybol, Qızlar, Kardeşlik, Oyun, Turnir, todaypress.az,