"Qızıl top"un yeni sahibi müəyyənləşdi - İDDİA
"Real Madrid" klubunun hücumçusu Vinisius Junior 2024-cü ildə “Qızıl top”un yeni sahibi olacaq.
TodayPress xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin iddiasına görə, braziliyalı futbolçu Parisdə keçiriləcək mərasimdə "France Football"dan mükafat alacağını artıq bilir.
Qeyd edək ki, Vinisius Junior son mövsüm “Real Madrid”lə Çempionlar Liqası, La Liqa və İspaniya Superkubokunun qalibi olub.
Namiq HUN
tag: Real Madrid ,Hücumçu, Vinisius Junior, Qızıl Top, Marca ,todaypress.az,