“Qızıl top”un 68-ci mükafatlandırma mərasimi keçiriləcək
İdman
28.10.2024 10:38
Bu gün 2023/24-cü illər mövsümünün yekunlarına görə dünyanın ən yaxşı futbolçusu üçün "Qızıl top" mükafatının təntənəli təqdimetmə mərasimi keçiriləcək.
TodayPress xəbər verir ki, “France Football” nəşri mükafatı ilk dəfə olaraq Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə birgə təqdim edəcək.
2023-cü ildə “Qızıl top”un sahibi ABŞ-nin “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi olub.
2003-cü ildən ilk dəfə olaraq mükafata namizədlər siyahısında nə Lionel Messi, nə də Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo var.
Qeyd edək ki, tədbir Parisin “Şatle” teatrında baş tutacaq və Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.
Namiq HUN
tag: UEFA, Qızıl Top, ABŞ, İnter Mayami, Messi, Paris, todaypress.az,