“Qızıl top”u kim qazanacaq?
İdman
05.06.2024 11:01
Milli komandanın çıxışları “Qızıl top” uğrunda mübarizədə əsas məqamdır. 2022/2023-cü illər mövsümü üçün Qızıl topun təqdimatı, xüsusilə Lionel Messinin Qətərdəki qələbəsi Erlinq Haaland və Rodrinin klub səviyyəsindəki bütün uğurlarını üstələdiyi zaman əlamətdar oldu.
TodayPress xəbər verir ki, hazırda milli komandalar səviyyəsində vacib turnirlərdə oxşar vəziyyət yaranıb. Əsas məqam Avropa Çempionatı və Amerika Kuboku olacaq. Mükafat üçün oynayacaq beşlikdə Vinisius Junior, Cud Bellinqem, Harri Keyn, Toni Kroos və Kilian Mbappe yer alıb.
Avro-2024-ü İngiltərə yığması qazansa, o zaman vəziyyət Bellinqem üçün birmənalı olacaq. Onun aktivində Çempionlar Liqası və La Liqa qalibiyyəti var. Harri Keyn yüksək liqalar arasında 36 qolla ən yaxşı bombardir olsa da, “Qızıl top”u qazanmaq üçün xüsusi bir şey etməlidir.
Bununla belə, bu gün üçün əsas iddiaçı hələ də Vinisiusdur. Forvard zədə səbəbindən mövsümün təxminən üçdə birini buraxsa da, favoritdir. Yeganə problem Braziliya millisi ilə uğursuz çıxış ola bilər.
Qeyd edək ki, bu il Avro və Amerika Kubokunun final mərhələsi eyni gündə - iyulun 14-də keçiriləcək. O zaman 2023/2024-cü illər mövsümü başa çatacaq və "Qızıl top"a kimin layiq olduğu bilinəcək.
Namiq HUN