“Qızıl top”a 10 əsas namizəd

İdman

11.03.2025 09:57

1854

2025-ci ildə “Qızıl top” mükafatına əsas namizədlərin siyahısı açıqlanıb.   

TodayPress “Goal” nəşrinə istinadən xəbər verir ki, siyahıya “Liverpul”un hücumçusu Məhəmməd Salah başçılıq edir.   

Cari mövsüm uğurlu çıxışı ilə fərqlənən misirli futbolçu komandası ilə İngiltərə Premyer Liqasında növbəti çempion titulunu qazanmağa real namizəddir.   

İlk üçlükdə “Real Madrid”dən Kilian Mbappe və “Barselona”dan  Rafinya Dias da yer alıblar.   

“Qızıl topu” qazanmağa 10 namizəd:   

1. Məhəmməd Salah (“Liverpul”)

2. Kilian Mbappe (“Real Madrid”)

3. Rafinya Dias (“Barselona”)

4. Lamin Yamal (“Barselona”)

5. Harri Keyn (“Bavariya”)

6. Robert Levandovski (“Barselona”)

7. Vinisius Junior (“Real Madrid”)

8. Cud Bellingem (“Real Madrid”)

9. Camal Musiala (“Bavariya”)

10. Pedri (“Barselona”)   

Namiq HUN

tag: Qızıl Top,Klub,Namizəd,Uğur,Qələbə,Todaypress.az,