Qız güləşçilər Gimnaziadada 6 medal qazandılar
Gimnaziada İdman Oyunları çərçivəsində qız güləşçilərinin yarışı başa çatıb.
TodayPress xəbər verir ki, Serbiyanın Luçani şəhərində baş tutan yarışda Azərbaycan komandasının 6 güləşçisi fəxri kürsüyə yüksəlib.
Rəna Nuriyeva (62 kq) finalda Rumıniya güləşçisinə qalib gələrək multi-idman yarışının qızıl medalını qazanıb.
Milli üzvlərindən Vidan Babayeva (39 kq), Günel Kərimli (50 kq), Simurə Abdullayeva (66 kq) turnirdə ikinci yeri tutublar.
Gülay Xasməmmədova (33 kq), Gülnar Ağadadaşova (42 kq) isə bürünc medallarla kifayətləniblər.
Qız güləşçilərimiz Gimnaziadanı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar.
Nəticədə Azərbaycan millisinin hesabındakı medal sayı 33-ə yüksəlib.
Namiq HUN
tag: Azərbaycan,Güləş,Medal,Gimnaziya,Todaypress.az,