Qitə nəhəngləri "Finalissima"da üz-üzə gələcəklər
İdman
15.07.2024 11:29
Futbol üzrə Avropa çempionatının və Amerika Kubokunun qalibi növbəti "Finalissima"da bir araya gələcək.
TodayPress xəbər verir ki, İspaniya və Argentina milliləri arasında matçın 2025-ci ilin iyun-iyul aylarında baş tutacağı gözlənilir.
İspaniya Avropa çempionatının finalında İngiltərəni məğlub edib. Argentina isə Amerika Kubokunun həlledici matçında Kolumbiyaya qalib gəlib. Hər iki matç 2:1 hesabı ilə nəticələnib.
Qeyd edək ki, "Finalissima" UEFA və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında 2028-ci ilə qədər müddəti olan memorandum çərçivəsində keçirilir. İlk "Finalissima" 2 il əvvəl baş tutub. O zaman Argentina İtaliya yığmasından üstün olub 3:0.
Namiq HUN
tag: Final, İspaniya, Argentina, UEFA, Amerika Kubok, todaypress.az,