Qış Olimpiadası Fransa Alplarında keçiriləcək

İdman

24.07.2024 14:34

2030-cu ildə Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək.

TodayPress xəbər verir ki, bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax təşkilatın Parisdə keçirilən 142-ci sessiyasında açıqlama verib.

Bunun üçün Fransa hökuməti olimpiadanın keçirilməsinə təminat verməlidir. Üç region - Evian, Ron-Alp və Provans-Alp arasında Fransa hökuməti ilə razılaşma təsdiqlənməlidir. 

Qeyd edək ki, zəmanətlərin verilməsi üçün bu il dekabrın 31-i son tarix kimi təyin olunub.

Namiq HUN

tag: Qış Olimpiya Oyunları, Beynəlxalq, Fransa, Alp, Hökumət, todaypress.az,