“Qırmızı Baron”un dəbilqəsi hərracda satıldı - FOTO

İdman

06.02.2025 10:20

1210

“Formula-1”in əfsanəvi pilotu Mixael Şumaxerin Belçika Qran-prisini qazandığı dəbilqəsi hərracda satılıb.   

TodayPress xəbər verir ki, qoruyucu əşya 36 min avroya öz yeni sahibini tapıb. 

Şumaxer həmin dəbilqədən 1992-ci il mövsümündə “Benetton” komandasının heyətində çıxış edərkən istifadə edib.

Əfsanəvi pilot bu dəbilqə ilə Spa-Frankoşarm trassında baş tutan sürət yarışının qalibi olub.   

Namiq HUN

tag: Formula-1,Mixael Şumaxer,Belçika ,Benetton,Todaypress.az,

photo