Qılıncoynadanlar Estoniyada 9-cu oldular

İdman

28.04.2025 16:35

5

Estoniyada keçirilən 23 yaşadək qılıncoynadanlar arasında Avropa çempionatı başa çatıb.   

TodayPress xəbər verir ki, Tallinn turnirində heyəti Maqsud Hüseynli, Murad Əkbərov, Saleh Məmmədov və Ayxan Xasıyevdən ibarət yığmamız qılıncoynatmanın salbya növü üzrə kişilərin komanda yarışında 9-cu yeri tutub. 

Ən güclü “səkkizliy”ə vəsiqə uğrunda yarışda Ukrayna yığmasına 42:45 hesabı ilə uduzan komandamız 9-16-cı yerlər uğrunda görüşlərdə Rumıniya (45:42) və Almaniya (45:41) millilərinə qalib gəlib. 

Kişi sablyaçıların fərdi yarışında Saleh Məmmədov ən güclü 16 qılıncoynadan arasında yer alıb.

Maqsud Hüseynli, Murad Əkbərov və Ayxan Xasiyev isə pley-offda mübarizəni dayandırıblar. 

Kişi şpaqaçıların fərdi yarışında təmsilçimiz Vahab Fətullayev qrup mərhələsini 3 qələbə ilə başa vuraraq pley-offa yüksəlsə də, növbəti mərhələdə məğlub olub.   

Namiq HUN

tag: Qılıncoynatma,Turnir,Estoniya,Yarış,Todaypress.az,

photo