Qılıncoynadanımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı

İdman

29.05.2024 09:47

Azərbaycan qılıncoynadanı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. TodayPress xəbər verir ki, sablyaçı Beynəlxalq Qılıncoynatma Federasiyasının qərarına əsasən universal lisenziya əldə edib. Anna bu barədə sosial şəbəkədə paylaşım edib. Milli üzvü Avropa çempionatı, Dünya Kuboku və Qran-prilərdəki çıxışına görə bu hüququ qazandığını vurğulayıb. 

“Parisə gedirəm! Buna görə çox sevinirəm. Zədə səbəbindən olimpiadaya lisenziya qazana bilmədikdən sonra bu, əla xəbər oldu. FIE-yə təşəkkürümü bildirirəm. Avropa çempionatındakı qələbəmi, Dünya Kuboku və Qran-prilərdəki çıxışımı nəzərə alsaq, lisenziyaya layiqəm”. 

Qeyd edək ki, Bu Azərbaycan komandasının Paris-2024 Yay Olimpiya Oyunlarına qazandığı 27-ci lisenziyadır.

tag: Yay Olimpiya Oyunları,Paris-2024,Qılıncoynatma,İdman,