Qılıncoynadanımız “Cadet Circuit” turnirində üçüncü oldu
İdman
30.09.2024 11:55
Qılıncoynatma üzrə Gürcüstanda keçirilən Avropanın "Cadet Circuit" turniri başa çatıb.
TodayPress xəbər verir ki, Tbilisi turnirində yeniyetmə qılıncoynadanımız Leyla Əhmədova bürünc medal qazanıb.
O, qılıncoynatmanın sablya növü üzrə fərdi yarışda adını turnirin mükafatçıları sırasına yazdırıb.
Qrup mərhələsini 3 qələbə ilə başa vuran Leyla Əhmədova pley-offda Gürcüstan və Türkiyə təmsilçilərinə qalib gəlsə də, finalın bir addımlığında Yunanıstan idmançısına uduzub.
Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Əhmədova turniri üçüncü sırada başa vurub.
Namiq HUN
tag: Qılıncoynatma,Tbilisi ,Turnir,Cadet Circuit ,Leyla Əhmədova ,todaypress.az,