Qəza törədən futbolçu həbs olundu

İdman

25.10.2024 16:45

“Reyncers” klubunun keçmiş, “Atletiko Nasional”ın indiki hücumçusu Alfredo Morelos Kolumbiyada qəza törətdikdən sonra həbs edilib.

TodayPress “Noticias RCN”ə istinadən xəbər verir ki, forvard ötmə əməliyyatı edərkən qarşıdan gələn zolağa çıxaraq həm motosiklet sürücüsünə, həm də yük maşınına çırpılıb. 

Polis 28 yaşlı futbolçunun sükan arxasında sərxoş olduğunu qeyd edib.

Motosikletçi əzalarının sınığı və qarnının küt travması ilə xəstəxanaya aparılıb. Vəziyyətinin normal olduğu bildirilir. 

Morelos və yük maşınının sürücüsü isə xəsarət almayıb.

Alfredo Morelos ilkin olaraq 4100 funt sterlinq cərimə ödəməli olacaq. O, həmçinin 3 ildən 5 ilə qədər sürücülük hüququndan məhrum ediləcək.

Namiq HUN

tag: Polis, Motosikletçi, Sürücü, Qəza,Həbs, todaypress.az,