Qətldə şübhəli bilinən futbolçu həbs edildi
İdman
29.11.2024 15:05
Rusiyanın “Kvant” klubunun futbolçusu Vitali Melnikov qətldə şübhəli bilinərək həbs edilib.
TodayPress yerli mətbuata istinadən xəbər verir ki, məhkəmə kaluqalı futbolçunu vilayətin digər 6 sakinini ilə birgə yanvar ayına qədər həbsdə saxlmağa qərar verib.
Qeyd edək ki, cinayətkarlar Çexov şəhər dairəsinin meşə ərazisində bir kişini huşunu itirənə qədər döyərək hadisə yerindən qaçıblar. Zərərçəkən vəfat edib.
21 yaşlı Melnikov bu ilin sentyabrında qanunsuz idman mərclərinə görə 6 ay diskvalifikasiya edilib.
Namiq HUN
tag: Rusiya, Kvant,Vitali Melnikov, Qətl, Çexov, todaypress.az,