Qətər millisi Lopeteqiyə tapşırıldı

İdman

01.05.2025 17:30

3

Futbol üzrə Qətər millisinin yeni baş məşqçisi məlum olub.   

TodayPress Qətər Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu posta ispaniyalı mütəxəssis Xulen Lopeteqi gətirilib.   

58 yaşlı məşqçi ilə 2027-ci ilədək müqavilə imzalanıb.   

Lopeteqinin son iş yeri İngiltərənin “Vest Hem” klubu olub.

O, məşqçilik karyerasında “Sevilya” və “Real Madrid” komandalarında da işləyib.   

Namiq HUN

tag: Qətər,Baş Məşqçi,Xulen Lopeteqi,Təyinat,Todaypress.az,