Qərb Konfransının lideri mövqeyini möhkəmlətdi

İdman

17.03.2025 12:50

2033

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) müntəzəm mövsümün növbəti oyunları keçirilib.   

TodayPress xəbər verir ki, turun mərkəzi görüşündə “Oklahoma-Siti Tander” səfərdə “Miluoki”ni (121:105) məğlub edib.   

Qalib komandanın ən məhsuldar oyunçusu 31 xal toplayan kanadalı Şai Gilgeus-Aleksander olub.   

Qələbə sayəsində “Oklahoma-Siti Tander” Qərb Konfransında liderliyini möhkəmlədib. 

Digər matçların nəticələri   

“Bruklin Nets” - “Atlanta” – 122:114

“Minnesota” - “Yuta Cazz” – 128:102

"Miluoki" - “Oklahoma-Siti Tander” – 105:121

“Portland Treyl Bleyzers” - "Toronto Raptors” – 105:102

“Los-Anceles Klippers” - “Şarlot Hornets” – 123:88.   

Namiq HUN

tag: ABŞ,NBA,Oklahoma-Siti Tander,Miluoki,Todaypress.az,