Qərb Konfransında lider mövqeyini möhkəmlətdi

İdman

04.03.2025 15:00

1440

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) müntəzəm mövsümün növbəti oyun günü “Hyuston Rokets”dən fərqli olaraq qonaq komandalar üçün uğurlu olub.   

TodayPress xəbər verir ki, mərkəzi qarşılaşmada “Oklahoma-Siti Tander” doğma meydanda “Hyuston Rokets”i (137:128) üstələyərək ardıcıl dördüncü qələbəsini qazanıb.   

Qalib komandanın ən məhsuldar oyunçusu 51 xalla kanadalı müdafiəçi Şey Qilces-Aleksander olub.

Qonaqlarda isə 27 xalla Kem Uitmor fərqlənib.   

Bu nəticədən sonra “Oklahoma-Siti Tander” Qərb Konfransında liderliyini möhkəmlədib. 

Digər matçların nəticələri 

“Filadelfiya” - “Portland Treyl Bleyzers” – 102:119

"Yuta Cazz" - "Detroyt Pistons" – 106:134

"Şarlot Hornets" - "Qolden Steyt Uorriors" – 101:119

“Memfis Qrizzlis” - “Atlanta” – 130:132

“Dallas Maveriks” - "Sakramento" – 98:122

"Mayami Hit" - "Vaşinqton Vizards" – 106:90   

Namiq HUN

tag: ABŞ,NBA,Basketbol,Qələbə,Todaypress.az,