Qədin Yunan ənənəsi fəaliyyətini bərpa edir

İdman

19.07.2024 16:05

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya barışığının başladığını elan edib.

BOK-un mətbuat xidmətinin bəyanatında deyilir: "Dünyanı dinc rəqabətdə bir araya gətirən bir tədbir olaraq, Olimpiya Oyunları hamımızın sülh yolu ilə bir araya gələ biləcəyimizə dair güclü bir xatırlatma olacaq".

TodayPress xəbər verir ki, Olimpiya barışığı, Olimpiya Oyunları zamanı bütün döyüş əməliyyatlarının dayandırıldığı qədim Yunan ənənəsidir. Bu ənənə idmançılara, tamaşaçılara və rəsmilərə oyunlara təhlükəsiz gediş-gəliş imkanı verirdi.

Ənənə 1992-ci ildə BOK tərəfindən bərpa edilib. BMT Baş Assambleyasının qəbul etdiyi qətnamə üzv dövlətləri Olimpiadanın açılışından yeddi gün əvvəl başlayan və Paralimpiya Oyunlarının bağlanmasından yeddi gün sonra sona çatan müddət ərzində Olimpiya barışığına riayət etməyə çağırır.

Qeyd edək ki, Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Avqustun 28-dən sentyabrın 8-dək isə Fransa paytaxtı Paralimpiya Oyunlarına ev sahibliyi edəcək.

Namiq HUN

tag: Yunan, Olimpiya, Paris, BMT, Ənənə, todaypress.az,