Qədim qitənin ən dəyərli komandaları

İdman

17.07.2024 16:35

2896

Avropanın ən dəyərli futbol klublarının adları açıqlanıb. 

TodayPress xəbər verir ki, dəyər sıralamasında İspaniya nəhəngi "Real Madrid" birinci yeri tutub.

“Mançester Siti” ikinci, “Barselona” isə üçüncü pillədə qərarlaşıb. Kvarteti “Mançester Yunayted” təşkil edir. İlk 5-liyi isə “Liverpul” klubu tamamlayır. 

Avropanın 10 dəyərli klubu siyahısına “Bavariya”, PSJ, “Arsenal”, “Tottenhem” və “Çelsi” də adını yazdırıb. 

Namiq HUN

tag: Qitə, Avropa, Real Madrid, Barselona, Liverpul, Mançester Yunayted, todaypress.az,