Qazaxıstan millisi Çerçesovla yollarını ayırdı
İdman
27.01.2025 17:05
Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Stanislav Çerçesov postunu tərk edib.
TodayPress Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Stanislav Çerçesov 2024-cü ilin iyunundan Qazaxıstan millisini çalışdırıb. Komanda onun rəhbərliyi altında UEFA Millətlər Liqasında keçirdiyi 6 oyunda yalnız Norveç seçməsi ilə heç-heçə edərək 1 xal qazanıb.
Namiq HUN
tag: Futbol ,Qazaxıstan,Baş məşqçi,Stanislav Çerçesov,todaypress.az,