Qazaxıstan komandası İrana getməkdən imtina etdi
İdman
23.11.2024 05:00
Qazaxıstan milli basketbol komandası Tehranda keçiriləcək Asiya Kuboku seçmə mərhələsində iştirak etməkdən imtina edib.
TodayPress “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Basketbol Federasiyası məlumat yayıb.
Məlumatı İran Basketbol Federasiyası da təsdiqləyib.
Qazaxıstan Basketbol Federasiyası İran və İsrail arasında hərbi gərginlik səbəbindən beynəlxalq uçuşların ləğv edildiyini əsas gətirərək İrana səfəri ləğv etdiyini bildirib.
Qazaxıstan futbol üzrə dünya çempionatının seçmə oyunlarında olduğu kimi, federasiya oyunlarının neytral ölkədə keçirilməsini təklif edib.
Asiya Basketbol Konfederasiyası Qazaxıstan komandasının İrana səfərinin ləğvinə hələlik reaksiya verməyib.
Namiq HUN
tag: Qazaxıstan, Basketbol, Çempion, İran, todaypress.az,