Qayda pozuntusu Olimpiya çempionuna baha başa gəldi
Ukraynalı biatlonçu Vita Semerenko antidopinq qaydalarını pozduğuna görə yarışdan kənarlaşdırılıb.
TodayPress xəbər verir ki, Ukrayna Milli Antidopinq Mərkəzi məlumat yayıb.
Semerenko təqvim ili ərzində üç dopinq testini buraxdığına görə cəzalandırılıb.
Diskvalifikasiya 20 mart 2025-ci il tarixinədək etibarlıdır.
Qeyd edək ki, Semerenko 2021/22 mövsümündə Ukrayna millisinin biatlonçusu kimi beynəlxalq yarışlarda çıxışını başa vursa da, milli komandanın tərkibində ölkə daxilində keçirilən çempionatlarda iştirak edir.
Xatırladaq ki, Vita Semerenko 2014-cü ildə estafetdə Soçi Olimpiadasının “qızıl”, sprint yarışında isə bürünc medalını qazanıb.
Namiq HUN
tag: Ukrayna,Vita Semerenko,Dopinq, Test, todaypress.az,