Qavi PSJ-nin radarına düşdü
PSJ klubu “Barselona”nın futbolçusu Qavi üçün 100 milyon avro ödəməyə hazırdır.
TodayPress “El Nacional”a istinadən xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi ispaniyalı yarımmüdafiəçinin keçidi üçün böyük məbləğ ödəməyi planlaşdırır.
Kataloniya klubu 20 yaşlı futbolçusunu satmaq istəməsə də, 100 milyon avroluq təklif yaxşı durumda olmayan İspaniya nəhənginin fikrini dəyişə bilər. Qeyd edək ki, Qavi “Barselona”nın yetirməsidir. O, cari mövsüm meydana çıxdığı 24 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Qavi,Barsa ,Futbol, Müqavilə, todaypress.az,