Qavi həkimlərdən razılıq aldı

İdman

14.10.2024 18:49

856

“Barselona” futbol klubunun yarımmüdafiəçisi Qavi çarpaz bağ nahiyəsindən aldığı zədəsini sağaldıb.

TodayPress xəbər verir ki, ispaniyalı futbolçu təxminən bir illik fasilədən sonra meydana qayıtmağa hazırdır.

Qavi həkimlərdən razılıq alıb. 

Baş məşqçi Hans-Diter Flik fiziki hazırlıq məşqçiləri ilə birgə tədricən 20 yaşlı yarımmüdafiəçini tam matç yüklərinə hazırlayacaq.

Qavinin “Sevilya” ilə La Liqanın X turu çərçivəsində “Barselona”nın heyətində yer alacağı məşqçilər heyətinin qərarından asılı olacaq. 

Namiq HUN

tag: Barselona ,Qavi ,Hans-Diter ,Sevilya ,La Liqa, todaypress.az,