Qattuzo 22 illik saqqalını qırxdı

İdman

12.12.2024 11:58

İtaliyanın əfsanəvi futbolçusu və hazırda Xorvatiyanın “Hayduk” klubunun baş məşqçisi Cennaro Qattuzo 22 ildən sonra ilk dəfə saqqalını qırxıb.

TodayPress xəbər verir ki, o, sağlamlıq təşkilatına dəstək olaraq 10 min avro toplamasına yardım etmək üçün bu addımı atıb. 

Qeyd edək ki, 46 yaşlı Qattuzo 2024-cü ilin iyul ayından “Hayduk”a rəhbərlik edir. Dünya çempionu Avropanın “Marsel”, “Valensiya”, “Napoli” və “Milan” kimi komandalarında da çalışıb.

Namiq HUN

tag: Saqqal, Avro, Dünya, Çempion ,todaypress.az,