Qasperini əfsanələr sırasına adını yazdırdı
İdman
08.10.2024 11:45
“Atalanta” futbol klubunun çalışdırıcısı Can Pyero Qasperini İtaliya çempionatında 900 xal həddinə çatan sayca dördüncü məşqçi olub.
TodayPress xəbər verir ki, İtaliya A seriyasının VII turunda, “Cenoa” (5:1) üzərində qələbə 66 yaşlı mütəxəssis üçün məlum sonluqla nəticələnib.
Qasperini 568 matçda uğurlu göstəriciyə imza atıb.
Qeyd edək ki, A seriyasında ən çox xal toplayan məşqçi Massimiliano Alleqridir. O, 506 matçda 1012 xal toplayıb.
Siyahının ikincisi İtaliya millisinin hazırkı baş məşqçisi Luçano Spalettidir. O, A seriyasında 7 klubu çalışdırmaqla 559 görüşdə 996 xal toplamağa müvəffəq olub.
“Parma, “Yuventus”, “Milan” və “Napoli” klublarındakı fəaliyyəti dövründə 488 matçda 950 xal toplayan Karlo Ançelotti isə ilk üçlüyü təşkil edir.
Namiq HUN
tag: Can Pyero Qasperini ,İtaliya, Çempionat ,Yuventus ,Luçano Spaletti ,todaypress.az,