Qaşım Maqomedov dünya reytinqindəki mövqeyini qorudu

İdman

08.10.2024 16:20

Beynəlxalq Taekvondo Federasiyası idmançıların yeni reytinq cədvəlini açıqlayıb. 

TodayPress xəbər verir ki, Paris Olimpiadasının gümüş mükafatçısı Qaşım Maqomedov (58 kq) ikinci pillədəki yerini qoruyub.

Maqomedov sıralamada yalnız XXXIII Yay Olimpiya Oyunlarının finalındakı koreyalı rəqibi Tae-Conq Parkdan geri qalır.

Taekvondoçumuzun aktivində 120 reytinq xalı var. Dünya reytinqinin lideri ilə fərq 80 xal təşkil edir. 

İlk üçlüyü isə Qaşım Maqomedovdan 78 xal geri qalan Tunis taekvondoçusu Mohammed Cendubin tamamlayır.

Namiq HUN

tag: Taekvando ,Paris ,Yay Olimpiya Oyunları ,Qaşım Maqomedov , Tae-Conq Park ,todaypress.az,