“Qartallar”ın səhmləri satışa çıxarıldı

İdman

01.11.2024 17:10

“Kristal Pelas” futbol klubunun səhmlərinin bir hissəsi satılacaq.

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisinin sahiblərindən olan Con Tekstorun 45 faizlik səhmi satışa çıxarılıb. 

Hazırda üç iş adamı ilə danışıqlar gedir.

Qeyd cedək ki, “Kristal Pelas” cari mövsüm Premyer Liqanın 9 turundan sonra 6 xalla 17-ci komandasıdır.

Namiq HUN

tag: Kristal Pelas, London, Con Tekstor, Səhmlər, Liqa, todaypress.az,