Qarsiya Belçika millisinə təyinat aldı

İdman

24.01.2025 14:30

Rudi Qarsiya futbol üzrə Belçika yığma komandasının baş məşqçisi təyin olunub. 

TodayPress xəbər verir ki, fransalı mütəxəssis bu vəzifədə Domeniko Tedeskonu əvəz edib. 

Qeyd edək ki, Rudi Qarsiyanın son iş yeri İtaliyanın “Napoli” klubu olub.

O, məşqçilik karyerasında 2011-ci ildə “Lill” klubu ilə Fransa çempionu olub, “Marsel” I isə 2018-ci ildə UEFA Avropa Liqasının final mərhələsinə çıxarıb.   

Namiq HUN

tag: Rudi Qarsiya,Futbol,Lill,Fransa,Todaypress.az,