Qarışıq komanda yarışını Danimarka qazandı
İdman
19.10.2024 18:20
“TeamGym” üzrə Avropa çempionatında kişi və qadın gimnastlardan ibarət qarışıq komandalar arasında qaliblər məlum olub.
TodayPress xəbər verir ki, 6 kollektiv “TeamGym” xalçası, akrobatika cığırı və trampet (minibatut) üzərində bacarığını göstərib.
Üç proqramın cəminə əsasən, 55.700 xal toplayan Danimarka millisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Böyük Britaniya yığması 55.100 xalla gümüş, İsveç komandası isə 49.450 xalla bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl qadın gimnastlardan ibarət komandalar arasında mükafatçılar bəlli olub. İslandiya komandası Avropa çempionatının qalibi olub.
Namiq HUN
tag: TeamGym, Danimarka, İsveç, Avropa, İslandiya, todaypress.az,