Qaret Sautqeyt istefa verdi

İdman

16.07.2024 14:51

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt vəzifəsindən istefa verib.

TodayPress xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası (FA) məlumat yayıb.

Sautqeyt 2016-cı ildən İngiltərə milllisinin baş məşqçisi idi. Komanda bu müddət ərzində ümumilikdə 102 matç keçirib.

Yığma onun rəhbərliyi altında ardıcıl 2 Avropa çempionatının finalına yüksəlib və çempionluğu əldən verib.

İngiltərə millisi Avro-2020-də İtaliyaya, Avro-2024-ün finalında isə İspaniyaya məğlub olub.

tag: Qaret Sautqeyt, İngiltərə millisi, Futbol, İdman, todaypress.az,