Qarayev “Sensi-26” liqasındakı rəqibini tanıdı
Azərbaycan kikboksçusu Surət Qarayevin “Sensi-26” liqasındakı rəqibi məlum olub.
TodayPress xəbər verir ki, WAKO versiyası üzrə dünya çempionu turnirdə Fil Dişi Sahilini təmsil edən Oli Yves Rolandla döyüşəcək.
Kikboksçular güclünü mayın 17-də Bolqarıstanın Plovdiv şəhərində təşkil olunacaq döyüşdə müəyyən edəcəklər.
Qeyd edək ki, kikboksinqdə Avropa çempionatının mükafatçısı olan Surət Qarayev boks yarışlarında da Azərbaycanı təmsil edib.
O, 6 dəfə ölkə çempionu titulunu qazanıb.
Namiq HUN
tag: Kikboks,Surət Qarayev,Sensi 26,Rəqib,Todaypress.az,
