“Qarabağ”ın zədəli futbolçularının durumuna aydınlıq gəldi

İdman

16.01.2025 15:18

“Qarabağ” klubu zədəli futbolçuları Aleksey İsayev və Bədavi Hüseynovun son vəziyyətini açıqlayıb.

TodayPress xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İsayev artıq komanda ilə məşqlərə başlayıb.

Bədavi Hüseynov isə “Şamaxı"ya qarşı keçiriləcək Premyer Liqanın XIX turunun matçında iştirak etməyəcək. Fərdi məşqlər edən müdafiəçinin UEFA Avropa Liqasının oyunundakı çıxışı da sual altındadır.

Qeyd edək ki, “Qarabağ” – “Şamaxı” qarşılaşması yanvarın 17-də baş tutacaq. “Köhlən atlar” yanvarın 23-də isə UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB klubunu qəbul edəcək.

Namiq HUN

tag: Qarabağ, Zədəli, Oyunçu ,Liqa ,Bədavi ,todaypress.az,