"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi ölkə çempionatında heç-heçə etdi
İdman
19.09.2024 23:16
"Qarabağ"ın UEFA Avropa
Liqasındakı rəqiblərindən "Elfsborq" (İsveç) ölkə çempionatında növbəti
oyununa çıxıb.
TodayPress xəbər verir ki, XXIII turda
"Norrçyopinq" klubu ilə qarşılaşan Buros təmsilçisi rəqibi ilə
heç-heçə edib - 2:2.
İsveç çempionatında "Elfsborq" 37 xalla
dördüncü sırada qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" "Elfsborq"
ilə dekabrın 12-də səfərdə qarşılaşacaq.
tag: Qarabağ, Elfsborq, UEFA, İsveç,todaypress.az,