“Qarabağ”ın rəqibləri iş başında
İdman
09.07.2024 12:21
Bu gün futbol üzrə avrokubokların 2024/25 mövsümünə start veriləcək. UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 6 matç baş tutacaq.
TodayPress xəbər verir ki, ilk raunddan azad olan “Qarabağ”ın Çempionlar Liqasındakı mümkün rəqibləri arasında ilk oyun da bu gün keçiriləcək.
“Hamrun Spartans” (Malta) ilə “Linkoln”(Cəbəllütariq) qarşılaşacaq. Cütün ilk dueli Maltada baş tutacaq.
Bu komandalar arasında cavab oyunu iyulun 16-da baş tutacaq.
Qeyd edək ki, “Qarabağ”la bu cütün qalibi arasında matçlar iyulun 23-24-də və 30-31-də keçiriləcək.
Namiq HUN
tag: Qarabağ, UEFA, Hamrun Spartans, Çempionlar Liqası, Linkoln, todaypress.az,