“Qarabağ”ın rəqibləri bəlli oldu
İdman
22.07.2024 14:25
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
TodayPress xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.
Çempionumuz II raundda Cəbəllütariqin “Linkoln” klubunu keçəcəyi təqdirdə, növbəti mərhələdə "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" Mn (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. “Linkoln” – “Qarabağ” duelinin qalibi ilk görüşü evdə keçirəcək. Bu mərhələnin qarşılaşmaları avqustun 6-7-də və 13-də baş tutacaq.
Namiq HUN
tag: UEFA, Çempionlar, Azərbaycan, Qarabağ, Dinamo, Linkoln, Duel, todaypress.az,