“Qarabağ”ın rəqibindən növbəti qələbə
“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan "Ayaks" klubu Niderland çempionatında növbəti oyununu keçirib.
TodayPress xəbər verir ki, Amsterdam təmsilçisi VII turda, səfərdə "Valveyk"lə qarşılaşıb.
Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Ayaks”ın heyətində Bertran Traore və Mika Qodts fərqləniblər.
5 oyundan sonra hesabında 10 xalı olan “Ayaks” Erediviziyanın 5-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində "Ayaks"la görüşü oktyabrın 24-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Namiq HUN
tag: Ayaks Klubu ,Niderland ,Qələbə, Qarabağ, Avropa Liqası ,Tofiq Bəhrəmov Stadionu ,todaypress.az,