“Qarabağ”ın rəqibi yenə xal itirdi

İdman

04.11.2024 10:45

“Qarabağ” klubunun UEFA Avropa Liqasındakı rəqibi “Bodo-Qlimt” Norveç çempionatında növbəti matçına çıxıb.

TodayPress xəbər verir ki, Bode təmsilçisi “Molde“ klubunun qonağı olub. 

Qarşılaşmanın gedişində iki dəfə məğlub duruma düşən “Bodo-Qlimt” Ulrix Saltnes və Fredrik Byorkanın qolları ilə hesaba tarazlıq gətirib. Kasper Eyvannın avtoqolu isə qonağları hesabda önə çıxarsa da, "Molde" məğlubiyyətdən qaça bilib 3:3. 

Ötən tur “Rusenborq”a (2:3) uduzan “Bodo-Qlimt” ardıcıl ikinci dəfə qapısından üç top çıxarıb.

Qeyd edək ki, “Qarabağ” “Bodo-Qlimt” ilə noyabrın 7-də səfərdə qarşılaşacaq.

Namiq HUN

tag: Qarabağ, Rusenborq, Bodo-Qlimt, Molde,todaypress.az,