“Qarabağ”ın rəqibi titulunu qorudu
İdman
02.12.2024 11:03
“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsindəki rəqibi olan “Bodo Qlimt” klubu Norveç çempionu olub.
TodayPress xəbər verir ki, Bodo təmsilçisi Norveç çempionatının XXX turunda “Lillestrom”u (5:2) məğlub edərək ölkə çempionu titulunu qazanıb.
“Sarı-qaralar” ikinci sırada qərarlaşan “Brann”ı üç xal qabaqlayaraq mövsümü 62 xalla başa vurub.
“Bodo Qlimt” klubu tarixində dördüncü dəfə Norveç çempionu olub. Komanda daha əvvəl 2020, 2021 və 2023-cü illərdə bu uğura imza atıb.
Namiq HUN
tag: Qarabağ, UEFA, Liqa, Bodo, Norveç, todaypress.az,