“Qarabağ”ın rəqibi tanınmış futbolçu ilə vidalaşdı
İdman
01.01.2025 18:25
"Qarabağ"ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi Yunanıstanın "Olimpiakos" komandasında ayrılıq reallaşıb.
TodayPress klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı tanınmış futbolçu Villian komandanı tərk edib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Otuz altı yaşlı yarımmüdafiəçi bu mövsüm 11 matçda 1 qolla yadda qalıb.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la yanvarın 31-də Yunanıstanda üz-üzə gələcək.
tag: Qarabağ,Avropa Liqası,Yunanıstan,Olimpiakos,todaypress.az,