“Qarabağ”ın rəqibi heyətini gücləndirir
İdman
07.01.2025 18:32
“Qarabağ” klubunun UEFA Avropa Liqasının Liqa mərhələsindəki rəqibi olan “Olimpiakos” komandası heyətini “Mançester Yunayted”in vingeri Antoni ilə gücləndirməyə qərar verib.
TodayPress xəbər verir ki, hazırda Yunanıstan təmsilçisi futbolçunu icarəyə götürməklə bağlı qarşı tərəflə danışıqlar aparır.
Antoni daha əvvəl “Betis” klubunun da maraq dairəsində olub. La liqa təmsilçisi də “qırmızı şeytan”I icarəyə götürmək istəyib.
Qeyd edək ki, braziliyalı futbolçu bu mövsüm bütün turnirlərdə 13 matçda iştirak edib və 1 qol vurub. Antoninin “Mançester Yunayted”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Onun “Transfermarkt” portalında transfer dəyəri 20 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Yunanıstan, Liqa ,Mançester, Matç, todaypress.az,