"Qarabağ"ın rəqibi ən dəyərli ikinci komandadır
İdman
25.09.2024 16:55
"Transfermarkt" portalı yeni formatla start götürəcək UEFA Avropa Liqasının Liqa mərhələsi ilə bağlı paylaşım edib.
TodayPress xəbər verir ki, "Avropa Liqası qayıdır" başlıqlı paylaşımda turnirdə iştirak edən klubların ən dəyərli futbolçularından ibarət rəmzi komanda tərtib edilib.
"Qarabağ"ın Liqa mərhələsindəki rəqiblərindən olan "Tottenhem" klubunun 3 futbolçusu simvolik 11-likdə yer alıb.
Bunlar müdafiəçilər Mikki van de Ven ("Tottenhem", 55 milyon avro), Kristian Romero ("Tottenhem", 65 milyon avro) və yarımmüdafiəçi Ceyms Meddisondur ("Tottenhem", 70 milyon avro).
Paylaşımda Avropa Liqasının 10 ən dəyərli komandasının adı da açıqlanıb. "Tottenhem" (İngiltərə, 768 milyon avro) dəyərlə
"Mançester Yunayted", "Real Sosyedad", "Roma", "Porto", "Atletik", "Qalatasaray", "Olimpik Lion", "Ayntraxt Frankfurt" və "Fənərbağça"nın təşkil etdiyi 10-luqda 2-ci komandadır.
Namiq HUN
tag: Tottenhem ,Qarabağ ,Avropa Liqası, Roma, Porto ,Atletik ,todaypress.az,