"Qarabağ"ın rəqibi cərimələndi

İdman

01.09.2024 14:25

UEFA "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində rəqiblərindən biri olan İsveçin "Malmö" klubunu cərimələyib.

TodayPress xəbər verir ki, buna səbəb isə İsveç təmsilçisinin evdə Çexiyanın "Sparta" komandasına qarşı keçirdiyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında yaşananlardır.

Bildirilib ki, azarkeşlər sözügedən qarşılaşmada pirotexniki vasitələrdən istifadə ediblər. "Malmö" buna görə 38 000 avro ziyana düşüb.

tag: Qarabağ, UEFA,Malmö,Azarkeş,Cərimə,todaypress.az,